Çəkiliş meydançasında FACİƏ: məşhur aktyor operator və rejissoru güllələdi
Bizi izləyin

Magazin2

Çəkiliş meydançasında FACİƏ: məşhur aktyor operator və rejissoru güllələdi

Məşhur aktyor Alek Bolduin çəkilişləri davam edən filmdə bədbəxt hadisəyə imza atıb. Olay ABŞ-ın Nyu-Meksiko ştatında "Rust" filminin çəkiliş meydançasında baş verib.

Publika.az "Sözcü"yə istinadla xəbər verir ki, çəkiliş meydançasında olan aktyorlar boş patronlardan atəş açmalı imiş, lakin patronlar real olub.

63 yaşlı aktyor Alek Bolduin 42 yaşlı operator Qalina Hatçinsin ölümünə səbəb olub. Rejissor Coel Sousa isə aldığı güllə yarasından xəstəxanaya çatdırılıb.

A.Bolduin sorğu-sual edildikdən sonra sərbəst buraxılıb. Filmin çəkilişləri dayandırılıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm