Markın həyat yoldaşı: Qızımız üç yaşından...
Bizi izləyin

Magazin2

Markın həyat yoldaşı: Qızımız üç yaşından...

Uşaqları səhərlər bağçaya hazırlamaq və gecə yatızdırmaq Zukerberqin işidir. Valideynlik vəzifələrini bölüşdürməyi xoşlayırıq. Bəzən qızlar Markla birlikdə oxuyurlar, kod yazırlar. Mark üç yaşından bəri Avqustla kod yazır.

Publika.az xəbər verir ki, bu sözləri Mark Zukerberqin həyat yoldaşı Prisçilla Çan “The Times of London” qəzetinə müsahibəsində deyib. Ailə həyatı ilə bağlı təfərrüatları bölüşən Prisçilla iki kiçik qızının yatmazdan əvvəl kodlaşdırma öyrəndiyini açıqlayıb.

Bu ilin əvvəlində də Zukerberq qızı Avqustun kodlaşdırma öyrənərkən çəkilən fotosunu Feysbukda paylaşaraq bu sözləri yazmışdı: “Bir uşağa yazmağı öyrətmək indiyə qədər yaşadığım ən böyük səbr sınaqlarından biri idi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm