Məşhur reperin konsertində FACİƏ: 8 ölü - VİDEO
Bizi izləyin

Magazin2

Məşhur reperin konsertində FACİƏ: 8 ölü - VİDEO

ABŞ-da keçirilən “Astroworld” musiqi festivalında Trevis Skottun konserti zamanı izdihamda 8 nəfər ölüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatında keçirilən musiqi festivalına minlərlə insan məşhur reper Trevis Skotu dinləmək üçün axışıb. Təxminən 50 min insanın qatıldığı festival dəhşətli faciə ilə nəticələnib.

Səlahiyyətlilər 11 nəfərin infarkt keçirdiyini, 17 nəfərin isə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm