“Acun həddini aşdı, üzr istəsin” - Toydan sonrakı ŞOK
Bizi izləyin

Magazin2

“Acun həddini aşdı, üzr istəsin” - Toydan sonrakı ŞOK

Mersin Vəkillər Kollegiyası məşhur basketbolçu Cedi Osman və aktrisa Ebru Şahinin Çeşmədə keçirilən toy mərasimində Acun Ilıcalının vəkil xalatı geyinməsinə sərt reaksiya verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəkillər kollegiyası yaydığı müraciətdə Acunun sərhədi aşdığını yazıb və bütün vəkillərdən üzr istəməsini tələb edib. Acun Ilıcanın cübbə geyinməsini müqəddəs dəyərlərə hörmətsizlik kimi qiymətləndirən Mersin Vəkillər Kollegiyasının məktubunda deyilir:

Vəkillik peşəsi 1136 saylı “Vəkillik haqqında” Qanunda göstərildiyi kimi dövlət xidmətidir. Bu xidmətin xüsusi xalatla yerinə yetirilməsi də həmin qanun çərçivəsində bir öhdəlikdir.

Vəkil xalatı yalnız vəkillər tərəfindən və yalnız iclas zamanı geyinilir. Vəkil xalatı toy mərasimlərində geyinilən adi geyim deyil, ədalət və müstəqillik rəmzidir. Bizim müqəddəs xalatımız heç kimin şousu və ya jurnal materialı ola bilməz.

Həmkarlarımız bu xalatı geyindikləri üçün zorakılığa məruz qalır, hətta öldürülürlər.

Dünən bir həmkarımız vəkillik borcunu xalat şərəfi ilə yerinə yetirdiyi üçün öz kabinetində qətlə yetirildi.

Vəkil olmasa da, hüquqşünas şərəfi olan xalatı geyinən Acun Ilıcalını şiddətlə qınayırıq. Həddini aşan Acun Ilıcalını bütün vəkillərdən üzr istəməyə dəvət edirik.

Qeyd edək ki, məşhur cütlüyün nikahı ötən həftə Makedoniyada baş tutub. Acun Ilıcalı isə dünən Alaçatıda baş tutan toyda nikah məmurunu təmsil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm