Qəzaya düşən məşhur aktrisa dünyasını dəyişdi
Bizi izləyin

Magazin2

Qəzaya düşən məşhur aktrisa dünyasını dəyişdi

Avqustun 5-də Los-Ancelesdə avtomobil qəzasına düşən aktrisa Enn Heç dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun yaxın dostu, zərgərlik brendinin yaradıcısı və dizayneri Nensi Devis məlumat verib.

"Mənim sevən, mehriban, gülməli, şirin və gözəl dostum Enn Heche cənnətə getdi", - deyə Davis yazıb.

Xatırladaq ki, avqustun 5-də Enn Heç mini "Cooper"də yüksək sürətlə evə çırpılıb, avtomobil zərbədən alovlanıb. Yoldan keçənlər onu xilas etməyə çalışsalar da, qəzaya uğramış avtomobildən çıxmağa kömək edə bilməyiblər və xilasedicilər gələnə qədər qadın ciddi yanıq xəsarətləri alıb.

Əvvəlcə həkimlər aktrisanın sağ qala biləcəyini proqnozlaşdırsalar da, avqustun 12-də səhər saatlarında ona beyin ölümü diaqnozu qoyulub.

Ailə Heçin orqanlarının donorluq üçün yoxlanılmasından sonra onunla vidalaşmağa razılaşıb.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm