Meqan Markldan daha bir QALMAQAL
Bizi izləyin

Magazin2

Meqan Markldan daha bir QALMAQAL

“The Cut” jurnalına müsahibə verən Sasseks hersoginyası Meqan Markl açıqlamaları ilə növbəti qalmaqala səbəb olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Meqan Markl “The Cut” jurnalının payız nömrəsinin həm üz qabığına çəkilib, həm də müzakirələrə səbəb olan müsahibəyə imza atıb.

İnstaqrama qayıdış

Onun ilk açıqlaması sosial media ilə bağlı olub. 2017-ci ildə nişanlandığı üçün bütün sosial media hesablarını bağlayan aktrisa “Mən İnstaqrama qayıdıram” deyib. Protokola əsasən kral ailəsinin üzvləri sosial media hesabları aça bilməz.

Nelsonla müqayisə

“Londonda “Kral şir” filminin premyerasında aktyorlardan biri dedi ki, toyumuz Afrika əhalisini Nelson Mandelanın həbsdən azad olunması qədər sevindirmişdi. Bunu heç vaxt unutmayacağam”.

Belə görünür ki, Meqan Markl xeyriyyəçilik fəaliyyəti baxımından Ledi Di ilə dostluq münasibətlərində olan Mandela ilə yenidən özü arasında paralellik aparmağa çalışıb.

Ailədə zorakılığa işarə

“Harri və mən Britaniyanı tərk edə bildiyimiz üçün çox xoşbəxtik, çünki biz öz varlığımızla iyerarxiya və nizamı pozurduq”.

Meqan Markl dolayı yolla Şahzadə Uilyam və Keyt Middlton ilə münaqişəyə işarə edib.

Maliyə çəkişmələri

Məlum olub ki, Vindzor ailəsindəki münaqişələrin səbəblərindən biri də cütlüyün maliyələşdirilməsi olub. Meqanın dediyinə görə, o və Şahzadə Harri özləri pul qazanacaq və tacdan asılı olmaq istəmirdilər. Qaydalara görə, Sasseks ve Kembric hersoqu ailələrinin maliyəsi şahzadə Çarlzın əlindədir. Bu, Meqanı razı salmadığı üçün bir sıra anlaşılmazlıqlara səbəb olub.

“Kral ailəsi bizə monarxiya adından öz pulumuzu qazanmağa icazə verə bilərdi, onda səs-küy olmazdı. Kral ailəsinin digər üzvlərinə nə icazə verildiyini soruşduq. Və bizə rədd cavabı verdilər”.

Atası ilə yaşadığı qalmaqal haqqında Meqan bunları deyib:

“Bağışlamaq inciklikdən daha çox enerji tələb edən bir şeydir. Hələ də sağalmağa çalışıram, sağalıram”.

Aydındır ki, Meqan Markl nə atasını, nə də Vindzor ailəsini səhvlərə görə bağışlamağa hələ hazır deyil. Bununla belə, psixoloqlar əmindirlər ki, hər bir insan təhtəlşüurunda hansı istək və duyğuya köklənirsə, həyatına məhz o insanları və hadisələri cəzb edir. Çox güman ki, bu mərhələdə həm Meqan, həm də Harri özlərinə qarşı ədalətsizliyi unutmağa hələ hazır deyillər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm