Magazin2
Ulduzlar Venesiya Film Festivalında göz qamaşdırdı - FOTO
Dünən İtaliyada 79-cu Venesiya Film Festivalı çərçivəsində qadın dirijordan bəhs edən “Tar” filminin premyerası olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, rejissorluğunu Todd Fieldin etdiyi film Berlin Filarmonik Orkestrinə rəhbərlik edən ilk qadın dirijor Lidiya Tarın hekayəsindən bəhs edir. Əsərin süjetinə görə, Tar yaradıcılıq böhranındadır və karyera qurmağa çalışır, eyni zamanda yaxınları münasibətlərini düzəltməyə çalışır. Filmdə baş rolu Keyt Blanşett oynayıb.
Premyerada Keyt Blanşett, münsiflər heyətinin sədri Culiana Mur, model Corcina Rodrigez və başqaları iştirak ediblər. Keyt Blanşet qırmızı xalçaya “Schiaparelli” moda evindən çiçəklərlə bəzədilmiş qara məxmər kostyumunda çıxıb. Culiana Murun seçimi də qara məxmər don olub. O, bu dəfə dərin sinə dekoltesi ilə diqqətləri cəlb edib.
Britaniyalı aktrisa Codi Törner-Smit isə gecənin əsl ulduzu olub. Film festivalının ikinci gününün axşam hissəsinin bütün premyeraları arasından Turner-Smit “Krallıq: Çıxış” serialının ilk epizodlarının premyerasına qatılıb. Bu, məşhur rejissor Lars Von Trierin 25 ilini sərf etdiyi layihəsinin yekun bölümüdür. Hadisələr Danimarka Kral Xəstəxanasının neyrocərrahiyyə şöbəsində baş verir.
Gecə üçün olduqca parlaq bir libas seçən aktrisanın obrazı “Christopher John Rogers” tərəfindən yaradılıb. Uzun qatarlı qolsuz axşam paltarı eyni zamanda abstrakt təbiət rənglərini əks etdirib.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO






.jpg)
.jpg)


























