Erməni dostunun xahişi ilə Azərbaycana qarşı hörmətsizlik
Bizi izləyin

Magazin2

Erməni dostunun xahişi ilə Azərbaycana qarşı hörmətsizlik

“İticket.az” onlayn satış platforması rəsmi instaqram səhifələrində Ukraynanın pop-ulduzu Maks Barskixin konsertinin ləğv olunduğunu elan edib.

Publika.az xəbər verir ki, dünyanın bir çox ulduzlarını Bakıya dəvət edən şirkətin yaydığı məlumatda Barskixin erməni dostuna görə həmin paylaşımı etdiyi bildirilib. Bu barədə şirkətə ulduzun meneceri məlumat verib.

“Maks Barskixin işğalçı ölkəyə (Ermənistana) dəstək olaraq, təxribat xarakterli paylaşımından sonra “iticket” şirkəti tədbirin təşkilatçısı “33 Event Baku” ilə birlikdə saat 09:10-da bilet satışını bağlayıb və konserti ləğv edib. Bundan sonra təşkilatçı sənətçinin meneceri ilə əlaqə saxlayıb və məlum olub ki, paylaşıma səbəb sənətçinin erməni ilə dostluğu olub.

“33 Event Baku” xəbərə belə bir P.S. əlavə edib: "Qulaq as, Maks Barskix, sən deyəsən, dostlarından fərqli olaraq, Azərbaycanın Ukraynaya dəfələrlə humanitar yardım göstərdiyini unutmusan. Biz əminik ki, Ukrayna xalqı sənin kimi insanlarla həmrəy deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm