“Mənim üzümdən boşananlar var, mənsə 20 ildir eyni qadınla birlikdəyəm”
Bizi izləyin

Magazin2

“Mənim üzümdən boşananlar var, mənsə 20 ildir eyni qadınla birlikdəyəm”

2008-ci ildə çəkilən “Issız Adam”da Alper obrazı ilə yaddaqalan Cemal Hünal həmin rolun tamaşaçılara çox təsir etdiyini bildirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor “CinemaPort” jurnalına verdiyi müsahibədə sözügedən filmin boşanmalara belə səbəb olduğunu deyib.

“İllər keçsə də hələ də “Issız Adam” kimi xatırlayırlar. Bu, çox xoş bir vəziyyətdir. Məncə, Türkiyə Cümhuriyyətində son 20 ildə çəkilən və ilk 5-likdə gələn filmdən biridir. Mənim üçün çox böyük şans idi. Kino tarixində bir yerim oldu. Heç vaxt filmə başdan-ayağa baxmamışam. Bir dəfə yarımçıq baxmışam. Onda da qala gecəsi idi. Bir tərəfimdə Lalə (həyat yoldaşı Lalə Canqal), digər tərəfimdə anam oturmuşdu. İdeal vəziyyət deyildi. Ondan sonra da filmə baxmadım” , - aktyor bildirib.

Hünal əlavə edib ki, tamaşaçılar onun bu rolunu çox sevib:

“Tamaşaçıların reaksiyasına çox sevindim. Məsələn, mən nə vaxt şəhərlərarası yolda maşın sürsəm, kimsə yük maşını dayanacağından “İssız qardaş” deyə qışqırır. Belə reaksiyaları sevirəm. Mənə görə evlənib boşananlar da az deyil. Mən isə 20 ildir eyni qadınla yaşayıram. “Qardaş, məni oynamısan” deyənlər var. Özümdən başqa hamını oynamışam! Alper şəxsən bəyənmədiyim bir xarakterdir. Yanımda istəmərəm. Söhbətini bəyənmədiyim adam tipi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm