Timati Rusiyaya geri döndü: “Məni səngərdə görmək…”
Bizi izləyin

Magazin2

Timati Rusiyaya geri döndü: “Məni səngərdə görmək…”

Moskvadayam. Evdə. Heç yerə köçmək fikrində deyildim və getməyəcəm də, yerim buradadır. Hələ çağırış vərəqəsini almamışam, amma bu heç də o demək deyil ki, baş verməyəcək. Və bu vəziyyətə görə də narahat deyiləm.

Publika.az xəbər verir ki, bu sözləri Rusiyada qismən səfərbərlik elan edildikdən sonra ölkəni tərk etdiyi iddia edilən müğənni Timati instaqramda yazıb. Özbəkistana köçdüyü deyilən ifaçı haqqında yayılan xəbərləri təkzib edib.

"Bu vəziyyəti qəbul etdim və onunla birlikdə yaşayıram. Nə qədər ki, vaxt var, ölkə daxilində bütün mümkün layihələrlə məşğul olacaq və inkişaf etdirəcəyəm. Düşünürəm ki, rus məhsullarına tələbat artmalıdır və buna görə əlimdən gələni edəcəyəm.

Səfərbərliyə gəlincə, məni səngərdə görmək arzusunda olduqları barədə çoxlu şərhlər alıram, çünki vətənpərvərəm və bunu nümunəmdə sübut etməliyəm. Mən özüm də bu fikirlərin bir çoxu ilə qismən razıyam, gec-tez burada yaşayan hər kəs Vətənə olan borcunu qaytarmalı olacaq.

Bir daha, əgər mən bu sahədə lazımamasa, hazıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm