Həyəcanla gözlənilən "Avatar-2"nin tam treyleri yayımlandı - VİDEO
Bizi izləyin

Magazin2

Həyəcanla gözlənilən "Avatar-2"nin tam treyleri yayımlandı - VİDEO

“Avatar”ın çoxdan gözlənilən davamının yeni treyleri yayımlanıb. Rejissorun Ceyms Kameronun sözlərinə görə, “Su Yolu” əvvəlki hissə kimi emosional, lakin daha genişmiqyaslıdır.

Publika.az xəbər verir ki, hadisələr ilk filmdəkilərdən 10 illər sonra baş verir. Hekayəyə görə, əsgər Ceyk Salli avatara çevrildikdən sonra Navi xalqının lideri olur və yeni dostlarını Yerdən gələn muzdlu iş adamlarından qorumaq missiyasını üzərinə götürür.

Baş rolları Sem Uortington, Zoi Saldana, Stiven Leng, Covanni Ribizi, Coel David Mur və Keyt Uinslet oynayır.

“Avatar: Su Yolu” bu il dekabrın 16-da bütün dünyada yayımlanacaq.

Qeyd edək ki, elmi-fantastik filmin ilk hissəsi 2009-cu ildə nümayiş olunub. Film insanların və Navi adlı yadplanetlilərin qarşılıqlı əlaqələri, Navi aləminə xətərli müdaxilə barədədir. Üç “Oskar” və bir “Qızıl Qlobus” mükafatını almış “Avatar” dünyanın ən gəlirli filmi olub.

Məlumata görə, üçüncü, dördüncü və beşinci hissə müvafiq olaraq 2024, 2026 və 2028-ci illər üçün planlaşdırılıb.

Qeyd edək ki, "Avatar-2" filmi Cinema Plus kinoteatr şəbəkəsində dekabrın 15-dən etibarən nümayiş olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm