"O, mənim sərvət xərcləyərək aldığım çanta kimidir"
Bizi izləyin

Magazin2

"O, mənim sərvət xərcləyərək aldığım çanta kimidir"

Məşhur cütlük Ketrin Zeta Consla Maykl Duqlas evliliklərinin 22-ci ildönümünü qeyd edib.

Publika.az Axşam.az-a istinadla xəbər verir ki, 53 yaşlı aktrisa "The telegraph"a açıqlamasında həyat yoldaşı ilə münasibətləri haqqında maraqlı açıqlamalar verib.

"Uzun müddət bir insanla yaşayıb hər gün onunla oyananda enişli-yoxuşlu yollardan keçməmək mümkün deyil. Evli olmağı çox sevirəm, amma bu barədə düşünəndə dəlilik olduğunu fikirləşirəm" - deyə, Ketrin bildirib.

Aktrisa etiraf edib ki, bəzən hər şeyi dəyişdirmək istəyir:

“Haradasa 25 ildir onunla bir oyanıram. O, mənim sərvət xərcləyərək aldığım "Chanel" çantası kimidir. Daha sonra ondan xoşum gəlmir və satışa qoymalı olduğumu düşünürəm”.

O, fikirlərini bu sözlərlə yekunlaşdırıb:

“Bir-birimizə hörmət edirik və onun məndən 25 yaş böyük olduğunu heç vaxt hiss etməmişəm. İnsanların dediklərini xatırlayıram: "Sənin 50 yaşın olanda onun 75 yaşı olacaq". Bəli, amma bu sadəcə riyaziyyatdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm