Dünya ulduzları Türkiyədən yazdı
Bizi izləyin

Magazin2

Dünya ulduzları Türkiyədən yazdı

Türkiyədə baş verən dəhşətli fəlakətlə əlaqədar olaraq aktyor Rassel Krou, həmçinin Antoni Banderas və Mark Ruffalo, musiqiçi Cay-Cay Cohanson, məşhur aparıcı Ellen Deceneres, pianoçu Yevgeni Qrinko, Mark Eliyaho və Yusif İslam, eləcə də müğənni Dua Lipa, Amerikanın məşhur rok qrupu "Manowar", model Mey Mask və başqaları qardaş ölkəyə başsağlığı verib və dəstək olduqlarını deyiblər.

Publika.az xəbər verir ki, Rassel Krou Kahramanmaraşdakı dağıdıcı zəlzələdən sonra rəsmi "Tvitter" hesabında “Ay Türkiyə. Mənim ürəyim. Dəhşətli xəbərdir" sözlərini paylaşıb.

ABŞ-ın ən məşhur tok-şou proqram aparıcısı Ellen Deceneres "İnstaqram" hesabında Türkiyə və Suriyada zəlzələ nəticəsində minlərlə insanın həyatını itirdiyini, minlərlə insanın dağıntılar altında xilas olunmağı gözlədiyini paylaşıb və zəlzələ qurbanlarına beynəlxalq yardım göstərə biləcək saytların linki yerləşdirib.

"İnstaqram"da paylaşım edən məşhurlar arasında Hollivud ulduzu Antonio Banderas da olub. Qara lent işarəsini paylaşan Banderas Türkiyə və Suriya xalqlarını qucaqladığını yazıb: "Son bir neçə saat ərzində onlar təsvirolunmaz faciə yaşadılar. Hamısına səbr diləyirəm”, - aktyor qeyd edib.

İsrailli musiqiçi Mark Eliyahu da Türkiyə və Suriya bayraqlarını paylaşaraq “Ürəyim sizinlədir” şərhini yazıb.

Bodrumdan foto paylaşan İlon Maskın model anası Mey Mask da Türkiyəyə dəstək olduğunu yazıb.

"Düşüncələrim bu inanılmaz böyük zəlzələ fəlakətini yaşayan türk xalqı ilədir. Həmçinin suriyalılarla", - Mask qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm