İranlı aktrisanın libası müzakirə yaratdı - FOTO/VİDEO
Bizi izləyin

Magazin2

İranlı aktrisanın libası müzakirə yaratdı - FOTO/VİDEO

İranlı model Mahlagha Jaberi İrandakı edamlara etiraz etmək üçün Kann Kino Festivalına dekolte hissəsi kəndir formasında olan libas geyinib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu cəhd bəziləri tərəfindən təqdir olunub, bəziləri isə aktrisanı tənqid atəşinə tutub.

33 yaşlı model Kann Film Festivalında çıxış etdikdən sonra İnstaqramda edamlara son həştəqi ilə “İran xalqına həsr olunur” video paylaşıb. Model bildirib ki, paltarın üzərində "Edamı dayandırın" yazıldığı üçün arxa hissəsini festivalda geyinə bilməyib.

“76-cı Kann Film Festivalının 2-ci günü. Paltarım “Jila Atelier”də hazırlanıb. Biz Kann ehtişamını müşahidə etmək üçün moda bəyanatı vermək istədik, amma daha da önəmlisi medianın diqqətini İran xalqının haqsız edamlarına cəlb etmək istəyirdik. Təəssüf ki, kinofestivalda siyasi bəyanatlara icazə verilmir və təhlükəsizlik əməkdaşları mənim paltarımın arxasını göstərməyimə mane oldu, lakin “kəmər”in mənası yaxşı başa düşüldü”, - aktrisa instaqramda qeyd edib.

Edamlara bu yolla etiraz edən aktrisa qeyd edib ki, paltarın müəllifi iranlı dizayner Jila Saberdir.

Məlumat üçün bildirək ki, İranda son həftələrdə edamların sayı kəskin şəkildə artıb. Norveçdə yerləşən İran İnsan Haqları qrupunun məlumatına görə, ölkədə son 18 gündə ən azı 90 edam icra edilib və may son beş ildə ölkədə “ən qanlı ay” kimi tarixə düşüb.

Onu da xatırladaq ki, iranlı model bir neçə il əvvəl instaqramda Burak Özçivitə yazdığı “Yaraşıqlı” sözündən sonra məşhurlaşmışdı. Belə ki, bu rəydən sonra Burak modeli bloka atmışdı. Jaberi isə Burakın bu addımına belə cavab vermişdi: “Çox peşəkar aktyordur. Serialda oynadığı rol ilə diqqətimi cəlb etmişdi. Heyran olmuşdum. Bir həftə əvvəl İnstaqramda "sizi sevirik, yaraşıqlısınız" kimi rəylər yazdım. Rəyləri yazandan sonra məni əngəllədi. Artıq onun çox peşəkar bir məşhur olduğunu düşünmürəm. Heç bir məşhur pərəstişkarı yaxşı rəy yazdığı üçün onu əngəlləməz. Bu bir səhv idi, ya yox, bilmirəm. Amma bu məni incitdi”.






Oxumağa davam et
Reklam
Reklam

Gündəm