Məşhur sevgilisini yerə-göyə sığdırmadı
Bizi izləyin

Magazin2

Məşhur sevgilisini yerə-göyə sığdırmadı

Selena Qomez prodüser və bəstəkar Benni Blanko ilə indiki münasibətlərinin əvvəlki sevgi romanlarından nə ilə fərqləndiyini izah edib.

Publika.az xəbər verir ki, sənətçi bu barədə "Apple Music 1" radiosuna verdiyi müsahibədə danışıb. Müğənninin sözlərinə görə, o, heç vaxt özünü bu qədər “təhlükəsiz” hiss etməyib.

"Çox təfərrüata varmayacağam, amma düşünürəm ki, sizə hörmət edən bir insanla tanış olmaq çox vacibdir. Yaşadığımız dünyada səni anlayan birinə arxalana bilmək çox gözəldir. Ümumiyyətlə, demək istərdim ki, heç vaxt bu qədər qorunduğumu hiss etməmişəm, bu, sadəcə gözəldir və bunun sayəsində böyüyürəm", - sevgisindən söz açan 31 yaşlı ulduz bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm