Məşhur model karyerasını dayandırdı: "Hər gün ölüm təhdidləri alıram"
Bizi izləyin

Magazin2

Məşhur model karyerasını dayandırdı: "Hər gün ölüm təhdidləri alıram"

İsrail-Fələstin müharibəsinə tanınmışlar da səssiz qalmır. Onlardan biri də Fələstin əsilli məşhur model Bella Hadiddir.

Publika.az xəbər verir ki, bu məsələyə görə model ölümlə hədələnib və əməkdaşlıq etdiyi layihələr ləğv edilib.

Hadid açıqlamasında qeyd edib ki, karyeram dayansa belə, Fələstini dəstəkləməyi heç vaxt dayandırmayacağam:

“Modellik işlərini itirməkdən qorxmuram. Fələstinlə bağlı səsimi çıxartmağa davam edəcəyəm. Netanyahu yeni Hitlerdir. Hər gün ölüm təhdidləri alıram. Telefon nömrəm sızdırılıb, ailəm təhlükədədir”.

Hadid modellik fəaliyyətini dayandırıb və sevgilisi Adan Banuelosla Texasda yeni həyata başlayıb.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm