Bella Hadid 2 ildən sonra ilk dəfə podiuma çıxdı - FOTO
Bizi izləyin

Magazin2

Bella Hadid 2 ildən sonra ilk dəfə podiuma çıxdı - FOTO

Supermodel Bella Hadid iki illik fasilədən sonra ilk dəfə podiuma çıxıb.

Publika.az xəbər verir ki, model Paris Moda Həftəsində "Saint Laurent" şousu zamanı podiumda yeriyib.

O, geniş çiyinli pencək, ağ köynək və şalvarda səhnəyə çıxıb. Modelin obrazı qalstukla, həmçinin eynəklə tamamlanıb. Bellanın zərif topuzu və sadə makiyajı da diqqət çəkib.

Qeyd edək ki, 27 yaşlı model Laym xəstəliyindən əziyyət çəkdiyi üçün modellik fəaliyyətinə fasilə vermişdi.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm