Magazin2
Demet Akalının səhhəti pisləşdi: "Bu dərmanı qəbul etməyin, təhlükəlidir"
Arıqlamaq üçün istifadə etdiyi dərmanlara görə səhhətində ciddi problem yaranan türkiyəli müğənni Demet Akalın sosial media hesabında açıqlama verib.
Publika.az xəbər verir ki, o, çətin günlər keçirdiyini deyib.
Müğənni izləyicilərinə məsləhət verib: “Amerikadan kilolu insanlar üçün hazırlanmış dərman almışam. Ən aşağı dozada iynə vurdum. Qusmağa başladım, sonra yorğunluq hiss etdim. Artıq 10 gündür sağalmağa başlamışam. Həkiminizlə məsləhətləşmədən bu işlə məşğul olmayın, təhlükəlidir”.
Demet Akalının həkimi Temel Yılmaz qeyd edib ki, bu dərmanlar Türkiyəyə yeni gəlib:
“Bunlar bizim GLP-1 qrupu dediyimiz dərmanlardır ki, ilk dəfə diabet üçün istehsal edilib və soyuq zəncirlə daşınması lazımdır. Lakin Türkiyəyə qaçaqmalçılıq yolu ilə gətirilib. Bu prosesdə çox güman ki, soyuq zəncir qırılıb. Əks təsirlərə səbəb olan əsas problem dərmanların reseptsiz və həkim nəzarəti olmadan istifadəsidir”.
Aysel Şahmar
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
































.jpg)


