Magazin2
"Klon"un 74 yaşlı ulduzu gəncliyin əsas sirrini açdı - FOTO
Braziliyalı aktrisa və keçmiş model Vera Fişer 74 yaşında özünü necə formada saxlaya bildiyini danışıb.
Publika.az xəbər verir ki, o, gəncliyinin əsas sirrini Lenta.ru ilə söhbətində açıqlayıb.
“Klon” serialının ulduzu (İvet Simas de Oliveyra Ferras) qeyd edib ki, illər ərzində gözəlliyin yalnız güzgünün əks etdirdiyi nəsnə olmadığı qənaətinə gəlib. Onun sözlərinə görə, insan xoşbəxt olduqda, həyatı sevdikdə, yaxınları ilə əhatə olunduqda və eyni zamanda planlar qurmağa davam etdikdə, bu, hər zaman onun xarici görünüşünə və səhhətinə müsbət təsir göstərir.
“Mənim əsas sirrim zamanla mübarizə aparmamaqdan ibarətdir. 74 yaşım var və bu gün olduğum qadın obrazı çox xoşuma gəlir. Əlbəttə ki, özümə qulluq edirəm: dərimə, qidalanmama və sağlamlığıma diqqət yetirirəm, lakin yaşımdan cavan görünməyə aludə olmuram. Düşünürəm ki, maraq göstərmək də çox kömək edir”, — deyə Fişer etiraf edib.
Aktrisa vurğulayıb ki, zəka hər yaşda fəal qalmalıdır. Məhz buna görə o, indiyədək işləməyə davam edir, davamlı olaraq yeni şeylər öyrənir, sosial şəbəkələr aləmini özü üçün kəşf edir və bütün bunlardan həzz alır.
Hüseyn İabdlı
-
Cinayət dünyası14:00Dibçəkdə yatızdırdılar, meyiti aylarla evdə gizlədib yandırdılar - FOTOLAR
-
Digər13:36Dini məktəbdə qalmaqal: Müəllim şagirdə təcavüz edirmiş - FOTO
-
MDB13:14Peskov: Putin əfv qərarı verərkən onun xəstəliyini və uşaqlarını nəzərə aldı
-
Ekologiya13:09Sabahın hava proqnozu açıqlandı
-
Avropa12:57Qara dənizə ABŞ kəşfiyyat təyyarəsi qaldırıldı
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
Hadisə09:28Füzulidə dəhşətli qəza 3 nəfərin ölümünə səbəb oldu














.jpg)











.png)









