Fatih Terim "Tuzlu kahve"də rol alacaq? - Şərhi gündəm oldu
Bizi izləyin

Magazin2

Fatih Terim "Tuzlu kahve"də rol alacaq? - Şərhi gündəm oldu

Fatih Terim "Tuzlu kahve"də rol alacaq? - Şərhi gündəm oldu

Türkiyə milli futbol komandasının keçmiş baş məşqçisi Fatih Terim "Tuzlu kahve" serialında rol alacaq.

Publika.az xəbər verir ki, iddiaların yaranmasına səbəb məşqçinin serialda Hatun Aydınoğlu obrazını canlandıran Binnur Kayanın paylaşımına "Ümid edirəm, yaxın zamanda sizinlə bir duzlu qəhvə içərik" şərhini yazması olub.

Fatih Terimin bu şərhi onun serialda rol alacağı ilə bağlı iddialara səbəb olub. Lakin məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, ekran işinin baş rollarını Eda Ece və Buğra Gülsoy canlandırırlar. Ekran işində, həmçinin Binnur Kaya, Nebahat Çehre, Şevval Sam, Yasemin Ergene, Sarp Apak və Ceren Moray da rol alırlar.

Bundan əvvəl türkiyəli müğənni Ajda Pekkan da layihədə qonaq olmuşdu.(Axşam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm