Magazin2
Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə Cərrahpaşalı Xalid (Halit) obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin xarakterin ətrafında cəmləşən "Cərrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Publika.az xəbər verir ki, güc, sədaqət və xəyanətin mərkəzdə dayandığı filmin əsas rollarını Özcan Varaylı ilə yanaşı, Atilla Olgaç (Klıç), Ümid Acar (Ersoy Ulubey), Ərdəm Kaynarca, Melih Çardak, Levent Çakır, Sena Gənctürk və Ərhan Çircioğlu kimi tanınmış aktyorlar bölüşürlər.
Müxtəlif nəsillərin istedadlı simalarını bir araya gətirən güclü aktyor heyəti layihənin köhnə serialın atmosferini yenidən canlandıracağına işarə edir.
Yeni ekran əsərinin ən diqqətçəkən məqamlarından biri də yüksək səviyyəli texniki təminat və döyüş səhnələridir. Bildirilir ki, filmdəki gərgin toqquşma və döyüş səhnələrinin unikal şəkildə lentə alınması üçün ABŞ-dan xüsusi peşəkar heyət dəvət olunub. Yüksək templi səhnələr və xüsusi effektlərlə zənginləşdirilən film sinemaseverlərə unudulmaz təəssürat bəxş etməyi hədəfləyir. (Nocomment.az)
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?



















.png)


















