Magazin2
Kino dünyasını sarsıdan xəbər: Tanınmış aktrisa müəmmalı şəkildə öldü
Fransalı aktrisa Anjel Metsger vəfat edib.
Publika.az xəbər verir ki, aktrisa 27 yaşında dünyasını dəyişib. Onun meyiti noyabrın 7-də Paris yaxınlığındakı Sosial Fəaliyyət Mərkəzinin binasının qarşısında aşkarlanıb.
İlkin məlumatlara görə, sənətçi yeraltı dayanacağın üzərində yerləşən pilləkən və ya platformadan yıxılıb. Hadisə yerinə gələn həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ölümün hansı şəraitdə baş verdiyini müəyyənləşdirmək üçün araşdırma aparılır. Hazırda hadisənin bədbəxt hadisə, yoxsa başqa səbəbdən baş verdiyi məlum deyil.
Qeyd edək ki, Anjel 2022-ci ildə “Chair tendre” serialında canlandırdığı Saşa obrazı ilə tanınıb. O, həmçinin “Madam Hayd”, “Mənim körpəm”, “İnsan münasibətləri”, “Fotogeniko” və “Drone Games” ekran işlərində rol alıb.(Axşam.az)
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO





















.png)


.jpg)













