Magazin2
Məşhur filmdəki qılınc 4,8 milyon dollara satıldı - FOTO
"Ulduz müharibələri" filminin V və VI epizodlarında istifadə olunan Dart Veyderin işıq qılıncı ABŞ-də keçirilən hərracda rekord qiymətə satılıb.
Publika.az xəbər verir ki, əşya 4,8 milyon dollara (təxminən 8,16 milyon manat) alıcıya təqdim olunub.
"People" nəşrinin məlumatına görə, alət film franşizasının çəkilişlərində istifadə olunmuş və indiyədək hərraca çıxarılan ən bahalı əşyaya çevrilib. Halbuki onun ilkin qiyməti 1 milyon dollar təşkil edib.
Qılıncdan çəkilişlər zamanı Dart Veyder obrazını canlandıran Devid Prouz və onun dublyoru Bob Anderson istifadə ediblər. Əşya xüsusilə "İmperiya əks-hücum edir" filmindəki məşhur səhnədə istifadə olunub. Həmin səhnədə Dart Veyder Lyuk Skayuokerin əlini kəsir və ona "Mən sənin atanınam" deyir.(Axşam.az)
-
Sosial15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır
-
Sosial14:21Bakıda baş redaktor həbs edildi - FOTO
-
Region12:54İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi
-
Elm və təhsil12:36Müəllimlərin orta aylıq maaşı açıqlandı
-
Elm və təhsil11:54Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?
-
Əmlak10:57MİDA güzəştli mənzilləri satışa çıxarır
-
Dünya10:42Trampdan İsraillə bağlı iddialı açıqlama: Baş nazir ola bilərəm






































