Ancelina Coli Hollivudu tərk edir: Özünə “gizli” malikanə aldı
Bizi izləyin

Magazin2

Ancelina Coli Hollivudu tərk edir: Özünə “gizli” malikanə aldı

Ancelina Coli Hollivudu tərk edir: Özünə “gizli” malikanə aldı

Aktrisa Ancelina Coli Hollivuddan uzaqlaşaraq ABŞ-ın Konnektikut ştatında özünə yeni malikanə alıb.

Publika.az xəbər verir ki, bu barədə “Page Six” nəşri məlumat yayıb.

Aktrisanın yeni mülkü onun daimi yaşayış yeri ola bilər. Coli daha əvvəl övladlarına görə Los-Ancelesdə qaldığını, onların 18 yaşına çatmasından sonra şəhəri tərk etməyi planlaşdırdığını bildirmişdi. Onun Nyu-Yorkda da daşınmaz əmlakı var, lakin aktrisa həmin mənzildən müvəqqəti yaşayış yeri kimi istifadə edir.

Malikanənin hansı məbləğə alındığı və digər təfərrüat açıqlanmayıb. Məlum olan odur ki, Colinin yeni qonşuları arasında məşhur musiqiçi Kit Riçards, aktyor Maykl C. Foks və aktrisa Meril Strip də olacaq.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm