13 min manatlıq çanta ilə poza verdi - FOTO
Bizi izləyin

Magazin2

13 min manatlıq çanta ilə poza verdi - FOTO

13 min manatlıq çanta ilə poza verdi - FOTO

Məşhur müğənni Dua Lipa növbəti dəfə xarici KİV-in gündəminə gəlib.

Publika.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edərək pərəstişkarlarına yeni geyimini nümayiş etdirib. Müğənni şəkilləri "İnstaqram" hesabında paylaşıb.
Dua Lipa qara, buzqalterə bənzəyən qısa köynək və mavi rəngli bahalı xəz gödəkçə ilə poza verib. Gödəkcə "Aime Leon Dore x The North Face Casentino Nuptse Jacket" adlanır. Dua Lipanın seçimi məşhur "Aime Leon Dore" və "The North Face" brendlərinin birgə kolleksiyası olub və o yunlu qış gödəkcəsidir. Gödəkçənin bazar qiymətinə gəldikdə isə kolleksiya məhdud sayda buraxıldığı üçün hazırda 1500 dollardır. O, geyimini "Chanel"in mavi rəngli "Maxi flap bag" çantası ilə tamamlayıb. Çantanın pərakəndə satış qiyməti 13 min manata (7300 dollara yaxın-red.) qədərdir.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm