Magazin2
Türk serialları daha uzun olmayacaq
Türkiyədə serialların efir müddətinin qısaldılması ilə bağlı ortaq qərar gözlənilir.
Publika.az xəbər verir ki, reklam böhranının dərinləşməsindən sonra televiziya kanalları serialların büdcəsini azaltmaq üçün hərəkətə keçib. Bu məqsədlə prodüser şirkətlərindən qiymətləri aşağı salmaq tələb olunub.
Prodüser şirkətləri isə 140 dəqiqəlik serialların müddətinin 110 dəqiqəyə endirilməsini təklif edib. Bununla da beşinci reklam fasiləsinə və əlavə çəkiliş heyətinin cəlb olunmasına ehtiyac qalmayacağı bildirilib. Lakin məsələ ilə bağlı hələlik yekun qərar verilməyib.
Digər tərəfdən, kanallarının nümayəndələri və prodüserlər Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla Sultanahmetdə görüşüblər. Tərəflər yaşanan böhranın həlli yollarını müzakirə ediblər.
-
MDB11:17Rusiya ordusu: Lokomotivləri məhv etdik
-
Avropa10:41Makrondan NATO və atəşkəs mesajı: "Daha irəli getmək lazımdır"
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu
-
Magazin207:47Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı
-
İdman07:30“Qalatasaray” onun transferi üçün yenidən hərəkətə keçir






















.png)
















