Magazin2
Xalq artisti ölümdən son anda döndü - FOTO
Rusiyanın məşhur xalq artisti Tatyana Vasilyeva maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, o, "İnanmayacaqsınız!" verilişində ölümdən son anda döndüyünü deyib. Belə ki, sənətçinin üzərinə ağır metal hasar aşıb.
"Gəzirdim. İki dəmir mənə dəydi və yola yıxıldım. Qollarımı və ayaqlarımı hiss edə bilmirdim. Aşan dəmirlər bir az daha çox olsaydı, yəqin ki, əzilərək öləcəkim", - deyə aktrisa arzuolunmaz olayı xatırlayıb.
Vasilyevanın sözlərinə görə, onu ətrafda gəzən insanlar xilas ediblər. Əgər həmin vaxtı insanlar operativ reaksiya göstərməsəydilər, hasardan sağ qurtulan sənətçini maşınlardan biri vura bilərdi. Aktrisa sürücülərin sürəti azaltmamasından da qəzəblənib.
"Sürdükləri nəqliyyat vasitələrini dayandıra bilərdilər axı! Ya da ki, heç olmasa hadisə yerinə yaxınlaşanda məni görüb yavaş sürə bilərdilər. Düzü, necə sağ qaldığımı indi də bilmirəm", - Vasilyeva deyib.
Daha sonra o, teatra gedib və yalnız tamaşanı yola verdikdən sonra həkimlərə müraciət edib. Medianın məlumatına görə, həmin gün aktrisanın keçmiş əri Anatoli Vasilyev 80 yaşını qeyd edirmiş. O, insidentdən xəbərsiz imiş. Çünki kişi keçmiş həyat yoldaşı və oğlu Filiplə əlaqə saxlamır.
Müəllif: Tural
-
Magazin212:26Xalq artisti ölümdən son anda döndü - FOTO
-
MDB11:17Rusiya ordusu: Lokomotivləri məhv etdik
-
Avropa10:41Makrondan NATO və atəşkəs mesajı: "Daha irəli getmək lazımdır"
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu
-
Magazin207:47Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı





















.png)
















