“Əllərimi kəsib atım?” - FOTOLAR
Bizi izləyin

Magazin2

“Əllərimi kəsib atım?” - FOTOLAR

Aktrisa Pınar Altuğ ötən həftə öz hazırladığı zinət əşyalarından ibarət kolleksiyasını nümayiş etdirmişdi. Bir neçə gün əvvəl isə “Instagram” bloqunda öz dizaynı olan üzükləri taxaraq əlinin fotosunu paylaşmışdı. Lakin qırışlı əli üzüklərindən daha çox diqqət çəkmişdi.

Onun “İnstaqram” bloqunu izləyənlər şəklə "Bu əllər 70 yaşlı qadın əlidir ", "Nənəmin əlləri kimi görünür" və sair bu kimi iradlar yazılmışdı. Bu, aktrisanı çox hiddətləndirmişdi.

Aktrisa bu iradlara "Bu sizi çox maraqlandırırsa, etiraf edərəm. Bəli, şəkildə gördüyünüz mənim əllərimdir, özümü tanıdığım gündən bəri əllərim belədir. Amma sizi narahat etdisə, başqa bir yerdən əl tapıb dəyişdirərik" – yazmışdı.

Publika.az Türkiyə mətbuata istinadən xəbər verir ki, dünən gecə xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlar üçün təşkil olunan xeyriyyə gecəsində iştirak edən gözəl ulduz bu mövzuya qayıdaraq ürəyini boşaldıb.

41 yaşlı Altuğ "Nədənsə, hamımız tənqid etməyi sevirik. Ət parçasıdır. Allah belə yaradıb. Nə edim, kəsib atım?” – deyib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm