Beyonsun lənəti 10 ulduzun karyerasına son qoydu - FOTOLAR
Bizi izləyin

Magazin2

Beyonsun lənəti 10 ulduzun karyerasına son qoydu - FOTOLAR

Bu günə kimi 21 dəfə “Grammy” mükafatına layiq görülən müğənni Beyons haqda yeni iddialar irəli sürülüb. Belə ki, gözəl ulduzun bir-birindən məşhur 10 müğənninin karyerasına son qoyduğu bildirilib. Beyonsun lənətli olduğunu iddia edən musiqişünaslar albomları satış rekordları qıran 34 yaşlı müğənninin fanatlarının inanılmaz gücə malik olduğunu bildirirlər. Beyonsla mübahisəsi düşən bütün ulduzlar məhv olmağa məhkumdur. Çünki oun fanatları birləşərək həmin müğənninin karyerasının bitməsi üçün əllərindən gələni edirlər.

Bu iddialara inanmayanlar üçün Beyonsun karyerasına son qoyduğu 10 ulduzun siyahısı da açıqlanıb.

Publika.az həmin siyahını təqdim edir:

Ameri

Müğənni 2005-ci ildə “1 thing” adlı mahnısı ilə ilk debütünü edib. Ameri qısa zamanda bütün dünyada populyarlaşıb. Lakin mahnısının nəqərat hissəsinin Beyonsun “Green Light” mahnısını xatırlatdığı iddiası onun karyerasının sonu olur.

Beyonsun fanatları Amerinin mahnısını boykot edir və minlərlə insandan dəstək alırlar. Nəticədə Amerinin karyerası 2007-ci ildə sona çatır.

Kayya

Kayya “My Neck, My Back” adlı mahnısı və Canet Ceksonla düetiylə uğurlu başlanğıca imza atmışdı. 2010-cu ildə Beyonsun orijinal olmadığını, başqalarının mahnılarını oğurladığını iddia etməsi onu Beyonsun fanatlarıyla qarşı-qarşıya qoyur. Qızğın mübahisələr Kayyanın ulduzunun bir andaca sönməsi ilə nəticələnir.

SZA

2014-cü ilin populyar müğənnisi olmağı bacaran SZA Beyonsun öz irqindən utandığını və dərisinin rəngini açdırdığını iddia edib. Bundan sonra onun bir çox konsert proqramları ləğv olunub.

Rozonda Tomas

Müğənni sosial şəbəkələrdə Beyons və onun həyat yoldaşı Cey Zini görməkdən bezdiyini demişdi. Bundan sonra Beyons fanatlaından ölüm təhdidləri alan Rozonda musiqi sektorundan silinib gedir.

Cozelin Hernandez

Televiziya ulduzu Cozelin Hernandez Beyonsa söyüş söyərək onu yeni, gənc müğənnilərin quyusunu qazmaqda ittiham etmişdi. Bunun qarşılığında isə Beyons fanatları Hernandezin keçmişini araşdıraraq onun keçmişdə bir striptizçi olduğunu, narkotikdən istifadə etdiyini ortaya çıxarırlar. Elə bununla da onun karyerasına son qoyulur.

Siara

Siara 2004-cü ildə olduqca populyar müğənni hesab edilirdi.

2009-cu ildə müsahibələrinin birində Siara Beyonsun onun klipini təqlid etdiyini iddia edir.

Beyonsla mübahisəli olduğu həmin il yeni albom çıxaran Siara xəyal qırıqlığına uğryaır. Satışı o qədər az olur ki, fast-food restoranları diski pulsuz paylamağa başlayırlar.

Düzdür, müğənni hələ də albom çıxarır, ancaq əvvəlki şöhrətinə qovuşa bilmir.

Karruçe Tran

2014-cü ildə keçirilən mükafatlandırma mərasimlərindən birində zarafatla Beyonsun qızı Blu Ayvinin saçlarının dağınıq olduğunu iddia edən Karruçeyə sosial şəbəklərdə sərt reaksiyalar gəlir. Məsum bir uşağa qarşı zorakılıq etdiyi irəli sürülən Karruçenin aparıcısı olduğu veriliş bağlanır. Bir gecədə onun ulduzu sönür.

Keyşa Koul

Keyşa 2013-cü ildə “Super Bowl”da Beyonsun keçmişdə üzvü olduğu musiqi qrupu “Destiny’s Child”a dil uzadır.

Bu da ona baha başa gəlir. Çıxardığı albom çox az satıldığından müqavilə imzaladığı musiqi şirkəti onunla işləməkdən imtina edir.

Aşanti

Bir vaxtlar Aşantinin hər mahnısı hitə çevrilirdi.

2003-cü ildə Beyonsun “Crazy in Love” mahnısı çıxanda bu iki ulduz bir-birləriylə müqayisə edilir. Beləliklə, Beyonsla Aşanti arasında rəqabət yaranır.

Təbii ki, qalib yenə Beyons olur.

Keri Hilson

2009-cu ildə “Turnin’ Me On” mahnısının uğurundan sonra Keri Hilson Beyonsun ən yaxşı mahnılarının müəllifi olduğunu və bundan sonra mahnılarını özünün səsləndirəcəyini açıqlayır.

Bu açıqlamadan sonra Hilsonun albom satışları azalır. 2014-cü ildə isə o, boş zala konsert verməli olur.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm