“Çəkildiyim serialı izləməyi atama qadağan etmişəm” - FOTOLAR
Bizi izləyin

Magazin2

“Çəkildiyim serialı izləməyi atama qadağan etmişəm” - FOTOLAR

Bütün dünyada ən çox izlənilən serial olan “Game of Thrones”da (“Taxt oyunları”) Kalesi obrazını canlandıran Emiliya Klark “Vogue” jurnalı üçün kamera qarşısına keçib. Jurnalın İngiltərə nəşrinin may sayı üçün fotosessiya etdirən aktrisa seriala görə boyatdığı ağ saçlarıyla pozalar verib.

Aktrisa jurnala maraqlı müsahibə də verib. O, serialda canlandırdığı obrazı çox sevsə də, atasına serialı izləməyi qadağan etdiyini bildirib:

“Atama aktrisa olmaq istədiyimi deyəndə, “yanında kartof qızartması da istəyirsən?” deyərək mənimlə zarafatlaşmışdı. Bu serial üçün mənə təklif gələndə ailəmlə birlikdə tətildə idim. Ssenarini oxudum və atama dedim ki, “İlk beş seriyanı izləməyəcəksən”.

Qeyd edək ki, 28 yaşlı aktrisa “Taxt oyunları”nda olduqca cəsur səhnələrə çəkilir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm