“Kurtlar vadisi”nin Elifi övladını evində dünyaya gətirdi – FOTOLAR
Bizi izləyin

Magazin2

“Kurtlar vadisi”nin Elifi övladını evində dünyaya gətirdi – FOTOLAR

Özgü Namalın cümə günü dünyaya gələn oğlu Nəfəsin ilk fotosu sosial şəbəkələrdə yayılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özgü Namal analıq sevinci yaşayır. Reklam agentliyi sektorunda çalışan Sərdar Oral ilə eşq yaşayan məşhur aktrisanın bir oğlu dünyaya gəlib. "Hipnotik doğuş" üsulu ilə Namal övladını evində dünyaya gətirib. Özgü Namal ilk körpəsini ağrısız üsul - hipnotik doğuşla dünyaya gətirib. Aktrisanı doğuşa psixoloq Adil Maviş hazırlayıb.

Hipnotik həm hamiləlik dövründə, həm də doğuş prosesini daha ağrısız, daha rahat keçirmək üçün istifadə edilən bir üsuldur. Hipnoz ananı rahatlaşdırır.

Hipnotik doğuş prosesində hadisələrə düzgün yanaşma öyrədilir. Bu hal doğum anında ananın daha rahat olmasını təmin edir.

Doğuşa aktrisanın həkimi Gülnihal Bülbül ilə evində qalan mamaça girib. Uşağın çəkisi 3,5 kq, boyu isə 52 sm-dir. Evində dünyaya gələn körpəyə Nəfəs adı verilib. Özgü Namal və körpənin səhhəti yaxşıdır.

Xatırladaq ki, Azərbaycanda Özgü Namalı daha çox “Kurtlar vadisi” serialında canlandırdığı Özgü rolu ilə tanıyırlar.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm