Kıvanç Tatlıtuğ sevgilisinin ad günündə nə sürpriz etdi? - FOTOLAR
Bizi izləyin

Magazin2

Kıvanç Tatlıtuğ sevgilisinin ad günündə nə sürpriz etdi? - FOTOLAR

Kıvanç Tatlıtuğun sevgilisi, modelyer Başak Dizer ad gününü qeyd edib.

Evdə ziyafət təşkil edən cütlük ən yaxın dostlarını qonaq çağırıblar.

Ad günü qonaqlığına gələnlər arasında aktrisa Sedef Avcı ilə həyat yoldaşı Kıvanç Kasabalı, Ece Yörenç, Hakan Öztürk, futbolçu Uesli Sneyder və həyat yoldaşı İolanta Kabay kimi məşhur simalar olub.

Kıvanç Tatlıtuğ sevgilisinə ad günü tortunu öz əlləriylə yedizdirib. Romantik anların yaşandığı gecədə Kıvançın sürprizləri hər kəsi təəccübləndirib. Yaraşıqlı aktyor Başak Dizer üçün mərhum müğənni Ahmet Kayanın mahnılarından birini səsləndirib.

Ad günü mərasimində iştirak edənlər çəkdikləri fotoları sosial şəbəkələrdə paylaşıblar.

Publika.az həmin fotoları təqdim edir:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm