İndi də 2 milyonluq avtomobil aldı – FOTOLAR
Bizi izləyin

Magazin2

İndi də 2 milyonluq avtomobil aldı – FOTOLAR

Komediya ustası və aktyor Cem Yılmazın lüks avtomobillərə vurğun olduğunu, demək olar ki, hamı bilir.

Publika.az xəbər verir ki, bahalı maşınlardan ibarət kolleksiya yığmağı sevən sənətçinin indi də “Mercedes”in “AMG GT S” modelinə gözü düşüb. Aktyor avtomobilin reklamlarında da ön plana çəkilən sarı rəngini bəyənib.

Avtomobil Türkiyədə satışda olmadığı üçün xaricdən sifariş edən Cem Yılmaz nağd olaraq 2 milyon lirə pul ödəyib.

Aktyor bu lüks maşına qovuşmaq üçün hələ iki ay gözləməlidir.

Qeyd edək ki, Cem Yılmaz Türkiyədə “Mercedes”in bu modelini sürən ilk insan olacaq.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm