Ebru Gündeş hörümçək toruyla gəncləşdi – FOTOLAR
Bizi izləyin

Magazin2

Ebru Gündeş hörümçək toruyla gəncləşdi – FOTOLAR

Ebru Gündeşin gün keçdikcə gözəlləşib gəncləşdiyi heç kimin nəzərindən yayınmır.

Xüsusilə də, “Araf” adlı mahnısına bu yaxınlarda çəkdiyi klipdə müğənninin tək bir qırış belə olmayan qüsursuz üzü diqqət çəkmişdi.

Ebru Gündeşin gəncliyində belə bu qədər gözəl olmadığını vurğulayanlar onun botoks və dolğu sayəsində dəyişdiyini iddia edirdilər.

Ancaq həqiqət bu yaxınlarda ortaya çıxıb.

Türkiyə mətbuatında yer alan xəbərə görə, Ebru 3 ay öncə Londonda dünyaca məşhur ulduzların da tez-tez getdikləri məşhur bir klinikada olub.

Orada Ebrunun üzünə “hörümçək toru” adı verilən prosedura tətbiq edilib. Bu üsulda iynə vasitəsilə dərinin altına iplərdən hörümçək toru qurulur. Həmin tor sayəsində üz dartılır, qırışlar yox olur və daha gənc görünüş əldə edilir.

Bir çox məşhur əməliyyat əvəzinə bu ağrısız və tam təhlükəsiz üsula üstünlük verir.

Deyilənə görə, Ebru Gündeş də 10 yaş gəncləşməsini “hörümçək toru”na borcludur.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm