Məşhur sevgililər filmi yan-yana oturub izlədi - FOTOLAR
Bizi izləyin

Magazin2

Məşhur sevgililər filmi yan-yana oturub izlədi - FOTOLAR

Dünən axşam Ali Atayın rejissorluğu ilə çəkilmiş "Limonad" filminin qala gecəsi keçirilib. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecədə bir çox məşhurlar iştirak edib.

İki ayrı ölkədə yaşayan və bir-birini axtaran iki qardaşın hekayəsindən bəhs edən "Limonad" filmi finalda ayaqda alqışlanıb.

“Leyli ilə Məcnun” serialının Məcnunu Əli Atayın ilk rejissorluq sınağı "Limonad" adlı film sabahdan etibarən Türkiyə kinoteatrlarında nümayiş olunacaq. Filmdə baş rolları Serkan Kəskin və Ertan Kotan bölüşüblər. Xatırladaq ki, filmdə qısa müddət əvvəl həyatını itirən Ciqulin də oynayıb.

Gecədə çoxsaylı məşhurlar iştirak edib. Dəvətlilər arasında Əli Atayın sevgilisi cazibədar aktrisa Hazal Kaya da olub. Ali Atay və Hazal Kaya qalaya ayrı-ayrı gəlsələr də, sevgililər filmi yan-yana oturub birlikdə izlədi.

Hazalla yanaşı filmin premyerasında Ayşegül Aldinç, Çingiz Bozkurt, Ərdal Tosun, Əsli Orcan-Yetkin Dikincilər, Osman Sonant, Fatih Artman, Ceyhun Yılmaz, Onur Ünlü, Yıldız Çağrı Atiksoy və Nehir Erdoğan olub.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm