Prezidentin aşiq olduğu dünyanın ən məşhur “Qu quşu” öldü – FOTOLAR
Bizi izləyin

Magazin2

Prezidentin aşiq olduğu dünyanın ən məşhur “Qu quşu” öldü – FOTOLAR

Balerina Maya Plisetskaya Almaniyada ürək tutmasından dünyasını dəyişib. Bu haqda xəbəri Rusiya kütləvi informasiya agentliklərinə Böyük Teatrın direktoru Vladimir Urin verib.

“Mənə balerinanın həyat yoldaşı Rodion Şedrin zəng etdi. Maya ağır ürək tutmasından dünyasını dəyişib. Həkimlər onun həyatını xilas etməyə çalışsalar ki, heç nə edə bilmədi”

Maya Plisetskaya 20 noyabr 1925-ci ildə Moskva şəhərində anadan olub.

Dünya şöhrətli balerinanın dünyasını dəyişməsinə Rusiya Federasiyasının prezidenti Vladimir Putin də biganə qalmayıb. Gecə ilə o, mərhumənin ailəsinə, istedada dəyər verən hər kəsə baş sağlığı verib. Xəbəri Kremlin mətbuat katibi yayıb.

Plisetskayanı dünyaya məşhur edən “Qu gölü”, “Yatmış gözəl” “Daş çiçək” , “Karmen suitası”, “Qızıl gülün vəfatı”, “Bolero”, “Aysedora” və bir sıra saysız əsərlərdə baş rolu ifa etməsi olub.

Onun ən heyrətamiz rolu “Qu gölü”ndə Odettadır. Onun əllərinin hərəkəti o qədər möhtəşəm olub ki, rəqsi zaman əllərinin insan əlindən qu quşuna çevrilməsi illüziyası yaradıb. Sanki qız bir anlıq qu quşuna çevrilir... Plisetskayanın ifasında Odetta zamanla dünya əfsanəsinə çevilir. Tənqidçilər onun əl plastikasını “qeyri insani” adlandırırdılar.

Onun şərəfinə 1994-cü ildə Sankt-Peterburqda “Maya” ilk beynəlxalq balet müsabiqəsi təşkil olunub.

Sağlığında dahi şənətkar saysız orden və mükafatlarla təltif olunub.

1956-cı ildə RSFCS-in xalq artisti, 1959-cu ildə SSSR xalq artisti, 1985-ci ildə Lenin ordeni, 1962-ci ildə Fransada Anna Pavlova mükafatı, 1984-cü ildə Fransada Komandor ordeni, 1991-ci ildə İspaniyada qızıl medal, 2003-cü ildə Litvada Komandor ordeni, 2006-cı ildə Yaponiyanın Beynəlxalq İmperator mükafatı, 1985-ci ildə Sorbonna doktoru adına layiq görülüb. Bütün bunlardan başqa, onlarla beynəlxalq mükafat və ordenlərə layiq görülüb.

Plisetskaya Messerer dinastiyasının nümayəndəsi olub.

Publika.az Plisetskayanın həyatından bir sıra maraqlı faktları təqdim edir.

1962-ci ildə Plisetskaya ABŞ prezidenti Robert Kennedi ilə tanış olur. Bu görüşdə Kennedi balerinaya gül və brilyantlar hədiyyə edib. Ad günündə Kennedi balerinaya çox böyük ag çiçək çələngi, bir səbət şərab və qızıl qolbaq göndərib. Maraqlı bir fakt da odur ki, Kennedi və Maya eyni gündə anadan olub.

1966-cı ildə ABŞ-da olan Mayanı Robert Kennedi yenidən görüşə dəvət edib. Yarım saat gec gələn Kennedi zərgərlik dükanına girərək “Tiffani” firmasına məxsus zəngli saat hədiyyə alaraq hədiyyə edib. Bu onun gecikməsinə işarə idi. Mayanın ingilis dilində bir kəlmə də bilməməsi bu sevginin rəsmiləşməsinin qarşısını alır. Çünki sevgililəri daim tərcüməçi müşaiyət edib. Tərcüməçi isə Rusiyanın ABŞ-dakı səfiri olub. Bir neçə ildən sonra isə Robert suiqəsd nəticəsində dünyasını dəyişir. Həmin gün səhnəyə çıxan Maya traur əlaməti olaraq can verən qu quşunu ifa edir.

89 il ömür sürən dünya şöhrətli balerina heç vaxt uşaq dünyaya gətirməyib.Bunu o özü istəməyib, ya təbiət onu ana olmağa icazə vermədiyi sirr olaraq da qalacaq... Əksər balerinalar ana oluqdan sonra səhnə ilə vidalaşıblar. Balerina özü isə bu suala hər zaman belə cavab verib: “Uşaqlı ailələr çoxdur, amma Plisetskaya bir dənədir!”

Ən dəyərli hədiyyə Maya üçün Parisdə olarkən Koko Şanel ilə tanışlıq olub. O vaxt Kokonun 80 yaşı olub. O, Mayanı butikində görüb və manikenləri məcbur edib ki, Plisetskayanın şərəfinə yeni kolleksiyanı nümayiş etdirsinlər.

30 ildən çox Maya yalnız Pyer Kardenə məxsus geyimlər geyinib.O, balerinanın ən yaxşı səhnə kostyumlarının müəllifidir.Bu illər ərzində Karden bir dəfə də olsun Mayadan geyimlər üçün pul almayıb.

Ən maraqlısı isə odur ki, dahi bəstəkar ilə ailəli olan və özünü onun sayəsində Plisetskaya adlandıran balerinanın son arzusu da həyata keçib. O, hər zaman istəyib ki, həyat yoldaşı Şedrin ondan çox yaşasın. Çünki həyatını Şedrinsiz təsəvvür etməyib. Bu gecə isə Mayanın ölüm xəbərini bütün dünyaya Şedrin çatdırıb....

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm