Hersoginyanın sirrinin üstü açıldı – FOTOLAR
Bizi izləyin

Magazin2

Hersoginyanın sirrinin üstü açıldı – FOTOLAR

Ötən şənbə ikinci uşağını dünyaya gətirən Kembric hersoginyası Keyt Middletonun sirrinin üstü açılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sən demə, Keyt Middleton saç düzümü və makiyajı ilə özü məşğul olmur.

Belə ki, hersoginya doğumdan sonra həyat yoldaşı şahzadə Uilyamla birlikdə fotoqraflara poza verəndə onun qüsursuz stili, makiyajı, hətta manikürü də diqqət çəkib. Bunu isə aydın məsələdir ki, xəstəxanadan yenicə çıxan hersoginya özü edə bilməzdi. Məlum olub ki, onun saçını 51 yaşlı ustası Amanda Kuk Taker səliqəyə salıb. Bunu doğuş öncəsi hersoginyanın yanında olması da təsdiq edir. O da məlum olub ki, ailənin digər üzvləri - şahzadə Uilyam ilə şahzadə Harrinin saçlarına da Amanda Kuk Taker əl gəzdirir.

Keyt Middleton doğumdan sonra ilk dəfə ictimaiyyətin qarşısına çıxanda sevimli brendi “Jenny Packham”-dən olan don geyinib.

Xatırladaq ki, Keytin qızının adı da mətbuatda müzakirə olunurdu. Dünən krallığın mətbuat xidməti yeni doğulmuş körpəyə “üçmərtəbəli” ad - Şarlotta Yelizevta Diana qoyulduğunu xəbər verib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm