Mahidevran sultanın sirri üzə çıxdı: əslində boşanmayıbmış
Bizi izləyin

Magazin2

Mahidevran sultanın sirri üzə çıxdı: əslində boşanmayıbmış

“Möhtəşəm yüz il” serialında canlandırdığı Mahidevran sultan obrazı ilə məşhurlaşan Nur Fəttahoğlunun yalanı üzə çıxıb.

Aktrisa 15 ay davam edən evlilikdən sonra yanvar ayında həyat yoldaşı Levent Veziroğlundan boşandığını açıqlamışdı.

Ancaq yeni əldə edilən məlumatlar aktrisanın boşanmadığını üzə çıxarıb.

Sən demə, cütlük məhkəmənin boşanma qərarı verəcəyi gün hakimə barışdıqlarını və boşanmaqdan vaz keçdiklərini bildirib.

Hazırda Nur Fəttahoğlu Levent Veziroğlunun Rumelihisarındakı evində qalır.

Ötən gün həmin evə daxil olarkən görüntülənən aktrisa şəkillərinin çəkilməsindən narahat olub.

Evliliyi ilə bağlı sualları cavabsız qoyan aktrisanın evlilik üzüyünü yenidən barmağına taxdığı diqqətdən yayınmayıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm