İrina Şeyklə Bredli Kuperin sevgili olduğu təsdiqləndi – FOTOLAR
Bizi izləyin

Magazin2

İrina Şeyklə Bredli Kuperin sevgili olduğu təsdiqləndi – FOTOLAR

Nyu-Yorkda Metropoliten İncəsənət Muzeyinin nəzdindəki Kostyum İnstitutunun hər il keçirdiyi dəb şousunda cazibədar model İrina Şeyklə, tanınmış aktyor Bredli Kuper də iştirak edib. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor həmin gecə məkandan arxa qapıdan çıxıb.

Mətbuatın diqqət mərkəzində olan cütlüyün ilk fotoları Rihannanın təşkil etdiyi partidə paparazzilər tərəfindən çəkilib. Yeni tanış olmuş aşiqlər gecə ərzində bir-birindən ayrılmayıblar. Mənbənin verdiyi məlumata görə, İrina ilə Bred karaoke otağına çəkiliblər.

Cütülüyn fotosu ilk olaraq “Hola” ispan jurnalında dərc olunub. Bu foto İrina ilə Bredli arasında ehtiraslı roman başladığının maddi sübutudur.

Xatırladaq ki, hər iki məşhur sevgilisindən bu yaxınlarda ayrılıb. Belə ki, İrina Şeyk Ronaldo ilə 5 illik münasibətlərinə yanvar ayında, Bredli Kuper isə 2 illik həyat yoldaşı Syuki Uoterxausla evliliyə mart ayında son qoyub.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm