Özcan Dənizdən Beren Saata gözlənilməz təklif
Bizi izləyin

Magazin2

Özcan Dənizdən Beren Saata gözlənilməz təklif

On barmağında on mərifət olan müğənni, rejissor və aktyor Özcan Dəniz yeni filmi üçün hazırlıqlara başlayıb.

Publika.az xəbər verir ki, Özcan filmində rol vermək istədiyi Beren Saata təklif göndərib.

Deyilənə görə, Özcan Dəniz rejissoru olduğu "Evim sənsin" və "Su və Atəş" filmlərində də baş rolda Bereni görmək istəyib. Ancaq Beren onun təklifinə müsbət cavab verməyib.

Bu dəfə aktrisanın bütün şərtlərini qəbul edəcəyini bildirən Özcan Dəniz çox iddialıdır. O, əlindən gələni edib Bereni razı salacağına inanır.

Qeyd edək ki, Beren Saat ailə qurduqdan sonra sənətinə ara verib.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm