Eşq dedi-qodulu mükafat mərasimi – FOTOLAR
Bizi izləyin

Magazin2

Eşq dedi-qodulu mükafat mərasimi – FOTOLAR

Bu il Las-Veqasda baş tutun "Billboard Musiqi Mükafatı" ulduzların dekolteli geyimləri və eşq dedi-qoduları yadda qalıb. Belə ki, Cennifer Lopezin gecəyə Kasper Smartla birlikdə gəlməsi onların barışdıqları ilə bağlı şayiələri yenidən alovlandırıb.

Britni Spirs isə prodüseri Çarli Ebersolla nişanlandığı ilə bağlı iddiaların doğru ola biləcəyinə işarə vurub.

Teylor Sviftin Rita Oranın keçmiş sevgilsii ilə birlikdə olduğu üzə çıxıb.

2014-cü ildə Ritadan ayrılan musiqiçi Kelvin Harris bundan sonra Teylor üçün mahnılar yazacaq. Amma onsuz da Teylorun repertuarı hit mahnılarla zəngindir. Təsadüfi deyil ki, o “Billboard Musiqi Mükafatı”nın 8 nominayası üzrə mükafata layiq görülüb.

Yeri gəlmişkən, “Tvitter”də Ritadan rəsmi ayrıldığını bəyan edən Kelvin ona mahnılarını oxumağı qadağan edib.

Qırmızı xalıdakı dəb yarışına gəldikdə, ulduzların çoxu ağ və qara rənglərə, olduqca iddialı ziyafət libaslarına üstünlük veriblər.

Mükafatlandırma gecəsi üçün xüsusi şou hazırlayan Britni Spirs, İqqi Azaliya və Niki Minaj seksual rəqsləri, açıq-saçıq geyimləri ilə bütün nəzərləri üzərilərinə toplayıblar.

Publika.az Rusiya mətbuatına istinadən möhtəşəm gecədən fotoları təqdim edir:

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm