Magazin2
Bleyk Layvli: “Bu, bir çox qadının həyatında baş verib”
28 yaşlı aktrisa Bleyk Layvli xarici mətbuata verdiyi açıqlamada seksual görünməyin sirrini və ən böyük xəyalı haqqında danışıb.
Sevgi haqqında
Ümidimi itirdiyim zamanlarda belə eşqə həmişə inanmışam. Romantik insanam, amma illərlə müxtəlif səbəblərdən dolayı bunu göstərməməyə çalışırdım. Həmişə gözləyirdim... Güman edirəm ki, bu, bir çox qadının həyatında baş verib. Sonra Rayan (həyat yoldaşı Rayan Reynolds) gəldi və hər şey dəyişdi. Bu an ən böyük xəyalım ailəmi genişləndirməkdir, çünki sonda axtardığımı tapmışam və çox xoşbəxtəm.
Uorren Bitti və Juli Kristi cütlüyü mənim üçün bir nömrədir. Bəzi cütlüklərin heç ayrılmamasını istərdim. Görürsünüz ki, bu da romantik fikirlərimdən biridir.
Stili haqqında
Əslində qırmızı xalıda vintaj geyinməyi sevirəm. Gündəlik həyatımda da mümkün qədər köhnə, hətta anamın paltarlarını istifadə etmək istəyirəm, amma bu, hər dəfə mümkün olmur. Məni hər dəfə parıltılı və fərqli obrazlarda görmək istəyirlər. İnsanların bu fikrinə hörmətlə yanaşıram. “Gucci” və “Chanel”-in qarderobumda xüsusi yeri var. Onlar tərzimə ən yaxın markalardır.
Dəyər verdiyim bir çox əşyam var. Ancaq mənim üçün “Lorraine Schwartz” yaqut sırğaların yeri başqadır. Onlar xüsusi insanın hədiyyəsidir. Adını açıqlamıram.
Gözəllik sirləri
Seksual görünmək üçün geyimdən əvvəl dəri baxımı mühümdür. Təmizlik və gözəl qoxu seksuallığın birinci şərtidir. “Creme de la Mer”, “Olie Biologique Oil”, “Sircuit Secret” nəmləndirici kremlər, “L'Oreal Colour Riche Intense” dodaq boyası, “Gucci Premiere” ve “Burberry Beat” parfümü sevimli kosmetik məhsullardır.
Sağlam həyat tərzi
Həyatımın heç bir dövründə pəhriz saxlamamışam. Xüsusi idman müəllimim də yoxdur. Yemək məsələsində isə, məncə, aktyorluqdan daha bacarıqlıyam. Xüsusilə, çox dadlı şirniyyatlar hazırlayıram. Bir gün bizə qonaq gəlməlisiniz.
Aytən
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!