Hollivudun daha bir ulduz cütlüyü boşanır – FOTOLAR
Bizi izləyin

Magazin2

Hollivudun daha bir ulduz cütlüyü boşanır – FOTOLAR

Hollivudun ən məşhur cütlüklərindən olan Ben Affleklə Cennifer Qarner boşanacaqlarını açıqlayıblar.

Maraqlıdır ki, onlar bu açıqlamanı evliliklərinin 10-cu il dönümündən bir gün sonra veriblər.

Yazılı şəkildə mətbuata göndərdikləri açıqlamada "Diqqətli şəkildə çox düşündükdən sonra boşanmağa qərar verdik. Çox çətin oldu”, deyə bildirən cütlük boşanma səbəbini isə gizli saxlayıblar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük Los-Anceles, Nyu-York, Montana və Gürcüstandakı evlərini və digər əmlaklarını ortaq şəkildə böləcəklər.

Qeyd edək ki, 42 yaşlı B.Affleklə 43 yaşlı C.Qarnerin iki qız, bir oğlan övladı var.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm