Aktrisa özündən 11 yaş kiçik olan ərindən boşanır - FOTOLAR
Bizi izləyin

Magazin2

Aktrisa özündən 11 yaş kiçik olan ərindən boşanır - FOTOLAR

Məşhur teleaparıcı, aktrisa Ece Erken ilə Serkan Uçarın boşanma iddiaları doğru çıxıb. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Erkən bu məsələ ilə bağlı açıqlama verib: "Bəli, razılaşdırılmış şəkildə boşanırıq".

Xatırladaq ki, beş ay sevgili olduqdan sonra cütlük ailələrinə xəbər vermədən özlərinə toy çaldırmışdı. Bu isə oğlanın ailəsi tərəfindən yaxşı qarşılanmamışdı. Ümumiyyətlə, Serkanın ailəsi onların evlənməsinə razı deyildi.

Lakin təntənəli şəkildə evlənən Ece Erkən və Serkan Uçarın ailə səadəti uzun davam etmədi. Belə ki, bir ildən sonra aktrisa özündən 11 yaş kiçik həyat yoldaşından ayrılır. Cütlüyün 2 ay əvvəl bu nikahdan Uğur adlı oğlu dünyaya gəlib. Ancaq aralarında yaşanan problemlərdən dolayı boşanmağa qərar veriblər.

Ötən həftə məşhur aparıcının sosial şəbəkədə profilindən "Uçar" soyadını silməsi, münasibətlərinin yaxşı olmamasının ilk işarəsi kimi qəbul edilib.

Şayiələr Ece Erkən tərəfindən də təsdiqini tapıb. O, "Bəli, boşanırıq. Evləri ayırdıq. Razılaşdırılmış şəkildə boşanacağıq, ikimizin də bir-birindən hər hansı tələbi yoxdur" - deyib.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm