İrina Şeyk üzünü niyə gizlədi? – FOTOLAR
Bizi izləyin

Magazin2

İrina Şeyk üzünü niyə gizlədi? – FOTOLAR

Rusiyalı model İrina Şeyklə aktyor sevgilisi Bredli Kuper Londondakı barlardan birində əyləniblər.

Bir həftədir ki, fərqli şəhərlərdə olan sevgililər, nəhayət, Londonda qovuşaraq əyləncəli vaxt keçiriblər. Məkandan çıxarkən obyektivlərə tuş gələn cütlük davranışları ilə jurnalistləri təəccübləndiriblər. Bundan bir ay öncə jurnalistləri görən kimi əl-ələ tutub öpüşməyə başlayan Bredli Kuperlə İrina Şeyk bu dəfə sanki münasibətdə olduqlarını gizləməyə çalışıblar. Qarın və sinə dekolteli qara rəngli geyimdə olduqca seksual görünən İrina Şeyk mavi çantası ilə üzünü gizlətməyə çalışıb.

Bredli Kuper isə modeldən uzaqlaşaraq sürətli addımlarla özünü maşınına çatdırıb. Onların bu davranışlarına heç kim bir məna verə bilməyib.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm