Kənan Doğulu bu davranışı ilə qadınların qəlbində taxt qurdu - FOTOLAR
Bizi izləyin

Magazin2

Kənan Doğulu bu davranışı ilə qadınların qəlbində taxt qurdu - FOTOLAR

Məşhur müğənni Kənan Doğulu “Harbiyə açıqhava” teatrında verdiyi konsertdə izləyicilərinə sürpriz edib. Həyat yoldaşı aktrisa Beren Saat kimi Kənan da sosial məsuliyyət layihələrinə dəstək verdiyini göstərib.

Müğənninin konsertinin sonunda səhnədəki böyük ekranda “Özgəcan qanunu çıxsın, qanunlar qadınları qorusun!” sözləri yazılıb.

Konserti izləyənlər bu davranışına görə, Kənan Doğulunu dəqiqələrcə ayaqda alqışlayıblar.

Qeyd edək ki, Türkiyədə bir müddət öncə Özgəcan adlı gənc qız təcavüz edildikdən sonra öldürülüb. Bu ölkədə böyük səs-küyə səbəb olub. Sosial şəbəkələrdə qadına şiddət hadisələrinin son illərdə artdığını dilə gətirən yüzlərlə insan qadınları qoruyan qanun layihəsinin yaradılmasını və bu qanuna məhz Özgəcanın adının verilməsini təklif ediblər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm