İlin ən məşhur mahnılarının SİYAHISI
Bizi izləyin

Magazin2

İlin ən məşhur mahnılarının SİYAHISI

Dünya üzrə albom və sinqlların hesabatı ilə məşğul olan “Media Traffic” şirkəti 2015-ci il ərzində ən məşhur mahnıların adını açıqlayıb. Hesabata mahnıların satışı, rotasiyası, “YouTube”da məşhurluğu və yükləmələri daxil olunub.

İlk yeri Bruno Marsın Mark Ronson ilə birlikdə ifa etdikləri “Uptown Funk” dueti gəlir. Mahnı dünya üzrə 10 milyon nüsxə ilə satılıb. Bundan başqa həftə ərzində mahnı 15 milyondan çox səsləndirilib.

Amerikalı müğənni Teylor Svift də siyahıda fərqlənib. İfaçının düz 3 mahnısı TOP 20-liyə düşüb. “Blank Space”,“Shake It Off” və “Style” ən məşhur mahnılar sırasındadır. Hər üç mahnı müğənninin “1989” adlı albomuna daxildir.

“Bozun əlli çaları” filminin iki saundtreki də TOP 10-luqdadır. Həmin mahnılar Elli Qoldinqin “Love Me Like You Do” və “The Weeknd Earned It” mahnılarıdır.

Publika.az 2015-ci ilin ilk 6 ayı ərzində ən çox səsləndirilən məşhur mahnıların siyahısını təqdim edir.

1. Mark Ronson “Uptown Funk” (feat. Bruno Mars)

2. Ed Şeran “Thinking Out Loud”

3. Elli Goulding “Love Me Like You Do”

4. Hozier “Take Me To Church”

5. Marun 5 “Sugar”

6. Wiz Xalifa “See You Again” (feat. Charlie Puth)

7. Rihanna / Kanye West / Paul McCartney “FourFiveSeconds”

8. Teylor Svift “Blank Space”

9. Omi “Cheerleader (Felix Jaehn Remix)”

10. “The Weeknd “Earned It”

11. Meqan Trainor “Lips Are Movin’“

12. Teylor Svift “Shake It Off”

13. Sam Smit “I’m Not The Only One”

14. Flo Rida “G.D.F.R.” (feat. Sage The Gemini & Lookas)

15. Jason Derulo “Want You To Want Me”

16. Teylor Svift “Style”

17. Sia “Elastic Heart”

18. Major Lazer “Lean On” (feat. MO & DJ Snake)

19. Meqan Trainor “All About That Bass”

20. Walk The Moon “Shut Up And Dance”

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm