"Emi" sənədli filmi ilk həftədən rekord qırıb
Bizi izləyin

Magazin2

"Emi" sənədli filmi ilk həftədən rekord qırıb

Müğənni Emi Vaynhausun həyatına dair çəkilən "Emi" filmi sənətçinin son günlərindən bəhs edir.

Yayıma başladığı ilk gündən maraqla izlənən sənədli film İngiltərə kinoteatrlarında 519 min avro gəlir əldə edib. Bu nəticələrlə "Emi" İngiltərədə bu günə kimi yayımlanan sənədli filmlər içərisində ən çox gəlir əldə etdiyinə görə birinci, dünyada isə ikinci yerə yüksəlib.

Müğənninin ailəsi isə bu uğurdan heç də razı deyil. Belə ki, ailə qızlarının həyatından bəhs edən filmin həqiqətləri əks etdirmədiyini bildirib. Atası Mitç Vaynhaus filmi izlədiyi zaman pis olduğunu deyib: "Qızımı tək qoyduğumu iddia edirlər, sənədli filmin yayımlanmasına mane olmaq üçün hüquqi qaydada müvafiq qurumlara müraciət edəcəyəm".

Filmin rejissoru Asif Kapadia ailəyə cavab olaraq filmi çəkməzdən öncə müğənnini tanıyan 100 nəfərlə görüşdüyünü deyib. Filmin premyerası Kann kino festivalında ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm