Evdən pis qoxuları aparmağın sadə yolları
Bizi izləyin

Maraq dünyası

Evdən pis qoxuları aparmağın sadə yolları

Reseptləri bölüşürük.

Evinizdəki pis qoxular getmirsə, aşağıda təqdim etdiyimiz üsullardan istifadə edin. Beləliklə, reseptləri bölüşürük:

Ərzaqlar:

Su

Karbonat

Hər hansı çiçək yağı

Hazırlanması:

1 litrlik şüşə üçün 2 çay qaşığı karbonatı əlavə edin və yaxşıca qarışdırın. Daha sonra şüşənin içinə vanil, lavanda, yasəmən kimi bir çox gül yağı əlavə edə bilərsiniz. 10-15 damcı gül yağı evinizin mükəmməl qoxmasını təmin edir.

Başqa bir üsul

Ərzaqlar:

Limon

Mixək

Darçın

Yağlı kağız

Hazırlanması:

Mağazalarda satılan yağlı kağızın üstünə limonları qoyun. Daha sonra limonların üstünə istədiyiniz sayda mixək batırıb bir qədər darçın əlavə edin. Mixək və darçınlı limonları yağlı kağıza bükün. Təxminən 3-4 həftə saxlayın. 1 ay keçdikdən sonra onları bir yerə asın. Evinizdən çox gözəl qoxular gələcək...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm