Səfərə hazırlaşanlar üçün təyyarə ilə bağlı maraqlı məlumatlar
Bizi izləyin

Maraq dünyası

Səfərə hazırlaşanlar üçün təyyarə ilə bağlı maraqlı məlumatlar

Təyyarədə sərnişinləri yoran və pis təsir edən məqamlardan biri də uzun müddət hərəkətsiz qalmaqdır.

Çoxları uzun təyyarə səfərlərindən qorxur. Çünki tamamilə başqa saata keçmək, yuxu rejiminin dəyişməsi, uzun müddət eyni şəraitdə havasız qalmaq insanı fiziki cəhətdən çox yorur. Bəs təyyarədə vaxtın səmərəli və rahat keçməsi üçün nə etməliyik? Təyyarənin təsirindən necə çıxmaq olar?

Publika.az başqa ölkəyə səfərə hazırlaşanlar üçün lazımlı məlumatları təqdim edir:

Təyyarədən şən əhval-ruhiyyədə enə bilməyin ilk qaydası sağlam qidalanmaqdır. Bu səbəbdən təyyarədə çox yağlı yeməklər yeməməyə və spirtli içki içməməyə çalışın. Normalda sizə təsir etməyən qidalar mühitinizi dəyişdiyiniz üçün pis təsir göstərər. Odur ki, çətin vəziyyətdə qalmaq istəmirsinizsə, yüngül yeməklərlə qidalanın, hətta təyyarəyə minməzdən əvvəl də vərdiş etmədiyiniz ağır yeməklərdən uzaq durun.

Təyyarə şişkinlik və qaz problemlərinə səbəb ola bilər. Bu səbəbdən təyyarədə ayaqlarınızı isti saxlayan ayaqqabı və ya corab geyinin.

Təyyarədə sərnişinləri yoran və pis təsir edən məqamlardan biri də uzun müddət hərəkətsiz qalmaqdır. İmkanınız olsa, təyyarədə arada bir ayağa qalxın və ayaqlarınızı hərəkət etdirin. Ya da, təyyarəyə minməzdən əvvəl hava limanında gəzişin.

Qadınlar hər yerdə, hətta təyyarədə də gözəl olmaq istəyirlər. Amma təyyarə qapalı mühit olduğu üçün dərinin qurumasına yol açır. Odur ki, təyyarəyə minməzdən əvvəl dərinizi və dodaqlarınızı nəmləmdirin.

Sadəcə, dəriniz və dodaqlarınız deyil, gözləriniz və burnunuz da qurumağa meyllidirsə, eyni problemi yaşaya bilərsiniz. Bu vəziyyəti kosmetik məhsullarla bərpa etmək mümkün deyil. Lakin həkiminizlə məsləhətləşərək burun lakı və göz damcısı istifadə edə bilərsiniz.

Hündürlüyə qalxdıqda təzyiq dəyişir. Təyyarə səfərlərində yüksək nöqtələrə olduqca sürətli qalxma gerçəkləşdiyi üçün bədən bu təzyiq fərqinə uyğunlaşmaqda çətinlik çəkir. Aradakı təzyiq fərqi bədənin fərqli bölgələrində hiss edilməklə yanaşı, ən bariz şəkildə qulaqlarda ortaya çıxır. Orta qulaq tunellə burun boşluğuna açılır və qulaq pərdəsinin xarici tərəfindəki təzyiqlə daxilindəki təzyiqi tarazlaşdırmağa çalışır. Təyyarə səyahətlərində əsasən qulaq daxilindəki təzyiq aşağı olur və qulaq pərdəsi içəriyə doğru paraşüt kimi çökə bilir. Qulaq pərdəsindəki itələnmə-çəkilmə artıq olduğu zaman tıxanıqlıq hissi ilə yanaşı ağrı da hiss edilə bilir. Qazlı içkilər bu problemləri daha da artırdığı üçün onlardan istifadə etmək məsləhət deyil. Uçuş zamanı daha çox hərəkət etmək və qazsız su içmək lazımdır. Ən əsası isə xəstəliyi olanlar uçuşdan əvvəl mütləq həkimə müraciət etməlidirlər.

Lakin qrip, soyuqdəymə, tənəffüs yolu infeksiyaları kimi hallarda təzyiq və ağrı daha çox hiss edilir. Bu zaman burun lazımi qaydada funksiyasını yerinə yetirə bilmir. Düzgün nəfəs ala bilməyəndə burun və orta qulaq boşluğuna yetərli hava daxil ola bilmir. Ona görə də təzyiq dəyişikliyinə uyğunlaşmaq daha gec baş verir.

Təyyarə səfəri bitdikdən sonra hiss edilən ağrılar adətən, bir neçə saat ərzində yox olur. 10-12 saat sakitləşməyən ağrılar isə təhlükə işarəsi ola bilər. Belə hallar yaşanarsa, mütləq qulaq burun boğaz mütəxəssisinə getmək lazımdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm